Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib
Region
- 12 aprel, 2021
- 17:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, müsəlmanlara inam, səbir və müqəddəs ayı layiqincə başa vurmağı arzulayıb.
“Mən sizin bizim ümumi vətənimizin ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”, - hökumət başçısı deyib.
İ.Qaribaşvili müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.
Son xəbərlər
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region
18:34
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
Digər ölkələr
18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
Region
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr
17:50
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Hadisə
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət
17:22
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Sənaye