Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etməyəcək

Region
  • 16 noyabr, 2026
  • 09:49
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etməyəcək

Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) Genişlənmə Forumu və nazirlərin görüşündə iştirak etməyəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Gürcüstan sözügedən tədbirlərdə iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb. Bu səbəbdən ölkənin nümayəndəsi görüşdə iştirak etməyəcək.

Bununla belə, Xarici İşlər Nazirliyi Gürcüstanın Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qaldığını və dəvət olunacağı təqdirdə müvafiq səviyyədə görüşlərdə iştirak etməyə hazır olduğunu vurğulayıb.

"Bu mövqe Brüsselə məlumdur", - deyə nazirlikdən bildirilib.