Təbrizdə benzin maşını aşıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Region
  • 29 sentyabr, 2023
  • 07:38
Təbrizdə benzin maşını aşıb,  2 nəfər ölüb, 3 nəfər yaralanıb

Cənubi Azərbaycanın Təbriz şəhərində Yaqçian qəsəbəsi yaxınlığında benzin daşıyan maşının aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “khabarban”a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyaləti fövqəladə hallar bölməsinin nümayəndəsi Vahid Şadniya bildirib.

Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır, qəzanın səbəbi dəqiqləşdirlir.