Ermənistan XİN: Sülh sazişi üzrə təkliflər paketini Azərbaycan tərəfinə göndərmişik

Region
  • 05 noyabr, 2024
  • 07:40
Ermənistan XİN: Sülh sazişi üzrə təkliflər paketini Azərbaycan tərəfinə göndərmişik

Ermənistan sülh sazişinin tam olaraq razılaşdırılması üçün təkliflər paketini Azərbaycana göndərib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

"Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik", - o qeyd edib.