Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

Region
  • 19 noyabr, 2026
  • 20:05
Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır

Ermənistan və Türkiyə iki ölkənin sərhədində yerləşən Marqara sahəsində ikinci körpü tikməyi planlaşdırır.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəf sərhədin açılmasını real perspektiv hesab edir. Bundan əlavə, Axurık və Yerasx məntəqələrində dəmir yolu qovşaqlarının təmiri planlaşdırılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə edib ki, İrəvan həmçinin sərhəd məsələləri üzrə Azərbaycanla, körpü və daha böyük gömrük məntəqəsinin inşası barədə İranla, buraxılış qabiliyyətinin artırılması barədə isə Gürcüstanla danışıqlar aparır.

44 filmi