ABŞ MKİ-nin yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir
Region
- 09 fevral, 2017
- 13:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir.
“Report” “Cümhuriyet”ə istinadən xəbər verir ki, bu, onun xarici ölkəyə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələlər, o cümlədən terrorçu PKK qruplaşması və onun Suriyadakı qolu PYD-nin fəaliyyəti, habelə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Əlli üç yaşlı Mayk Pompeo Respublikaçılar Partiyasına aid Çay Partiyası Hərəkatının üzvüdür. 2011-ci ildən 2017-ci ilə qədər, MKİ-nin direktoru təyin olunanadək Konqresdə Kanzası təmsil edib.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi