Münhendə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş olub

Qarabağ
  • 16 fevral, 2017
  • 19:56
Münhendə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş olub

Bakı. 16 fevral. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş olub.

"Report" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.