Florensiyada Azərbaycanın müasir memarlığına həsr olunan sərgi keçirilir

Mədəniyyət siyasəti
  • 21 dekabr, 2016
  • 06:24
Florensiyada Azərbaycanın müasir memarlığına həsr olunan sərgi keçirilir

Bakı. 21 dekabr. REPORT.AZ/ İtaliyanın Florensiya şəhərində "Azərbaycanın müasir memarlığı" sərgisi açılıb.

Bu barədə "Report" İtaliya KİV-inə istinadən xəbər verir.

Azərbaycanın müasir memarlığının son nümunələrinə həsr olunmuş sərgi dekabrın 22-dək davam edəcək.

Sərgidə müasirliklə Azərbaycan tarixi və mədəniyyətinin əlaqəsini göstərən 20-yə yaxın layihə təqdim olunub.

Qeyd edək ki, sərgi Romualdo Del Byanko fondunun dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təşkil olunub.

44 - Tezliklə