Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 05:57
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl mədənində torpaq uçqunu nəticəsində azı 14 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.

"Report"un "Caracol" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Narinyu departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib.

"Hazırda 14 nəfərin öldüyü məlumdur, daha 7 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri artıq başa çatıb", – o deyib.

Daha əvvəl hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilirdi.

Qonsalesin sözlərinə görə, faciə Santa-Barbara bələdiyyəsinin ərazisində yerləşən qanunsuz açıq tipli mədəndə baş verib. Torpaq uçqunu nəticəsində qızıl hasilatı ilə məşğul olan şaxtaçılar dağıntılar altında qalıblar.

44 - Tezliklə