Fərhad Bədəlbəyli: Ziyalıların sözünə bir qədər diqqətlə yanaşmaq lazımdır

Mədəniyyət siyasəti
  • 13 noyabr, 2026
  • 16:28
Fərhad Bədəlbəyli: Ziyalıların sözünə bir qədər diqqətlə yanaşmaq lazımdır

Mədəniyyət Nazirliyi davamlı şəkildə ziyalılarla məsləhətləşmələr aparmalıdır.

"Report"un məlumatına görə, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

"Hər hansı bir layihə, hansısa mədəniyyət günlərinin xaricdə təşkili nəzərdə tutulanda, gəlin, məsləhətləşək. Biz 50 ildir Avropanı, Amerikanı gəzirik. Yəni hər şeyi - harada nə ifa etmək, hansı ölkədə hansı tədbiri keçirmək lazımdır, bilirik. Ziyalıların sözünə bir qədər diqqətlə yanaşmaq lazımdır", - o qeyd edib.

F.Bədəlbəyli balet artistlərinin pensiya məsələsinə də toxunub: "55 yaşında insan balet oynaya bilərmi? Onların pensiyası kimi elementar problemlər, təəssüf ki, bu gün də həllini tapmayıb".