Milli Depozit Mərkəzində Türkiyənin Mərkəzi Depozitarının nümayəndələri ilə görüş keçirilib

Maliyyə
  • 18 fevral, 2019
  • 07:21
Milli Depozit Mərkəzində Türkiyənin Mərkəzi Depozitarının nümayəndələri ilə görüş keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Milli Depozit Mərkəzində (MDM) Türkiyənin Mərkəzi Depozitarı MKK-nın nümayəndələri Özgür Uysal və Gökçe İliriş ilə görüş keçirilib.

“Report” MDM-ə istinadən xəbər verir ki, görüşdə iki təşkilat arasında əməkdaşlıq perspektivləri, o cümlədən, nominal saxlayıcı hesabının açılması məsələsi müzakirə edilib.

Daha sonra iştirakçılar arasında mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 4 sentyabr 2014-cü il tarixində Azərbaycanın və Türkiyənin maliyyə xidmətləri bazarlarının, o cümlədən, depozitar və hesablaşma sistemlərinin səmərəliliyinin artırılması istiqamətində yeni xidmətlərin inkişaf etdirilməsi, əməliyyatlar üzrə iş birliyinin yaradılması və məlumat mübadiləsinin gücləndirilməsi məqsədi ilə MDM və MKK arasında Anlaşma Memorandumu imzalanıb.