"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 17 noyabr, 2026
  • 09:10
Legion Financialın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 20-də, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Legion Financial"ın kütləvi təklif üsulu ilə istiqraz buraxması daxildir.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,13 milyon manatdır. Şirkətin səhmləri Turan İsmayılova (37,53 %), Ramin Süleymanlıya (32,69 % ), Rövşən Sultanova (10,17 %), Böyükağa Məmmədova (13,32 %) və Belarus vətəndaşı Kolas Konstantinə (6,29 %) məxsusdur. T.İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

44 filmi