"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 10 noyabr, 2026
  • 10:16
İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

"İpək Yolu Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 743 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,9 % çoxdur.

9 ayda "İpək Yolu Sığorta"nın gəlirləri 9,144 milyon manat (1 il əvvələ nisbətən 59,7 % çox), xərcləri 8,216 milyon manat (60,5 % çox), mənfəət vergisi ödəmələri isə 186 min manat (52,5 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 23,547 milyon manat olub ki, bu da illik müqayisədə 3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,9 % artaraq 8,369 milyon manata çatıb, balans kapitalı isə 2,6 % azalaraq 15,177 milyon manata düşüb.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

44 filmi