“Azərsky-2” peykinin orbitə çıxarılmasına ayrılacaq vəsait açıqlanıb

Maliyyə
  • 01 noyabr, 2023
  • 16:42
“Azərsky-2” peykinin orbitə çıxarılmasına ayrılacaq vəsait açıqlanıb

2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən “Azərsky-2” peykinin orbitə çıxarılması üçün 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Vəsait Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") ayrılacaq.