"CyberHackCon 2026"nın təsisçisi: "Kiber məkanda hər 6 pozuntudan 1-də Aİ-dən fəal istifadə edilir"

İKT
  • 27 oktyabr, 2026
  • 10:50
CyberHackCon 2026nın təsisçisi: Kiber məkanda hər 6 pozuntudan 1-də Aİ-dən fəal istifadə edilir

Kiber məkanda hər 6 pozuntudan birində süni intellektdən (Aİ) fəal istifadə edilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "CyberHackCon 2026" konfransında tədbirin təsisçisi və baş icraçı direktoru İlkin Cavadov bildirib.

Onun sözlərinə görə, süni intellekt kiber təhlükəsizlik qarşısında yeni çağırışlar yaradır: "Sosial mühəndislik hücumlarının 80 %-dən çoxu da süni intellekt dəstəklidir. Eyni zamanda dərin saxtakarlıq (deep fake) texnologiyaları SEO fırıldaqçılığının təxminən 35 % artmasına səbəb olur".

Bununla belə, İ.Cavadov qeyd edib ki, süni intellekt yalnız təcavüzkara məxsus deyil: "O, ilk növbədə onu birinci öyrənən, ən yaxşı istifadə edən və geridə qalmaqdan imtina edən müdafiəçiyə məxsusdur. Bu mənada hücum əməliyyatları, kritik infrastruktur, süni intellekt yükləri və müdafiə sistemləri bu gün araşdırıcağımız əsas istiqamətlər olacaq".

44 filmi