Azərbaycanın qeyri-neft-qaz ixracı bu il 4,1 milyard dollar, gələn il isə 4,5 milyard dollar təşkil edəcək

Maliyyə
  • 14 noyabr, 2026
  • 10:17
Azərbaycanın qeyri-neft-qaz ixracı bu il 4,1 milyard dollar, gələn il isə 4,5 milyard dollar təşkil edəcək

Bu ilin yekunlarına görə Azərbaycanın qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) 4,1 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

Bu barədə "Report" 2027-ci il üzrə büdcə materiallarına istinadən xəbər verir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 3,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, 2026-cı ildə qeyri-neft-qaz ixracının 13,9 % artması gözlənilir.

Proqnozlara görə, 2027-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 4,5 milyard ABŞ dollarına qədər artacaq.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 20,8 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.