Azərbaycanda lizinq və faktorinq fəaliyyəti ilə məşğul olan şirkət ləğv edilir
Maliyyə
- 15 oktyabr, 2024
- 12:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Micro Leasing And Factoring" MMC hüquq və vəzifələri varislik qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 103 ünvanına bildirə bilərlər.
Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən, ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) ödəyəcək.
Xatırladaq ki, "Micro Leasing And Factoring" 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.
Son xəbərlər
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region