Azərbaycanda ipoteka kreditləri üzrə artımın 55 %-ni bankların öz vəsaitləri təmin edib
Maliyyə
- 04 oktyabr, 2023
- 11:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycanda ipoteka kreditləri portfeli 11,3% və yaxud 336 milyon manat artaraq 3,3 milyard manata çatıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, artımın 45 %-ni (150 milyon manat) İpoteka və Kredit Zəmanət Fondunun, 55 %-ni (186 milyon manat) isə bankların öz vəsaitləri təmin edib.
I yarımildə ölkədə biznes kreditləri portfeli 7,3 % və yaxud 0,8 milyard manat artaraq 11,7 milyard manat, istehlak kreditləri portfeli isə 9,9 % və yaxud 0,6 milyard manat artaraq 6,3 milyard manat təşkil edib.
Son xəbərlər
14:08
"CNN Türk": Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır
Digər ölkələr
14:07
Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur
Media
14:03
İradə Hüseynova: Gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir
Daxili siyasət
13:55
Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir
Digər ölkələr
13:46
Foto
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
Fərdi
13:36
Foto
XİN-in əməkdaşları "Qələbə qaçışı"nda iştirak ediblər
Fərdi
13:16
Foto
Azərbaycanın Bolqarıstandakı Səfirliyində Ümumdünya Şəhərlər Günü münasibətilə tədbir keçirilib
Xarici siyasət
13:01
ISNA: Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yanıb
Digər ölkələr
12:44
Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək
Fərdi