Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Maliyyə
  • 21 dekabr, 2024
  • 13:39
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard 843,8 milyon manat​​​​​ vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 % azdır.

Hesabat dövründə xarici investisiyaların 2 milyard 736,4 milyon manatı (96,2 %-i) Böyük Britaniya, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Fransa, Qırğızıstan və Macarıstan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 9 %, qeyri- neft-qaz sektoruna investisiyalar isə 1,1 % azalıb.

44 filmi