Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 17 %-ə yaxın artıb

Maliyyə
  • 13 noyabr, 2026
  • 17:26
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 17 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % artaraq 3,5 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, 9 ayda xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar ümumi investisiyaların 24,1 %-ni təşkil edib. Bu, 1 il əvvələ nisbətən 1,2 faiz bəndi çoxdur.

44 filmi