Azərbaycan 10 ayda xarici vətəndaşlara 8 milyon manatdan çox ƏDV qaytarıb

Maliyyə
  • 12 noyabr, 2026
  • 14:45
Azərbaycan 10 ayda xarici vətəndaşlara 8 milyon manatdan çox ƏDV qaytarıb

Bu ilin yanvar–oktyabr aylarında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("Tax free") məbləği 8 milyon 271,2 min manat təşkil edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış məbləği 175 milyon 266,5 min manat olub.

44 filmi