AMB: "Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir"

Maliyyə
  • 04 oktyabr, 2023
  • 11:47
AMB: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir

Azərbaycanda bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu il iyulun 1-nə sektorun uzun açıq valyuta mövqeyi 170 milyon ABŞ dolları, bank sisteminin açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti isə 5,3 % təşkil edib.

"Sektorun valyuta mövqeyinin prudensial tələblər üzrə təhlükəsiz zonada olması maliyyə sabitliyinin təmin olunması üçün zəruridir", - deyə hesabatda qeyd olunub.