UKMTO: Fars körfəzində bir tankerin yandığı barədə məlumat daxil olub
- 26 oktyabr, 2026
- 22:47
Yeniliklərdən dərhal xəbərdar olun!
İraqın Əl-Fao liman şəhərindən 63 dəniz mili (təxminən 117 kilometr) cənub-şərqdə, Fars körfəzində bir tanker (yük gəmisi) yanıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) məlumat daxil olub.
"UKMTO İraqın Əl-Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə, Fars körfəzində bir tankerin yandığı barədə çoxsaylı məlumatlar alıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, məlumat verilən vaxt ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri məlum deyil:
"Səlahiyyətli orqanlar araşdırma apararkən, gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur".
Xatırladaq ki, İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi Fars körfəzi sahillərinin nəzarətdə saxlanıldığını bildirib.