Aİ İrana qarşı ABŞ sanksiyalarından yayınmaq üçün qurum yaradacaq

Maliyyə
  • 25 sentyabr, 2018
  • 07:10
Aİ İrana qarşı ABŞ sanksiyalarından yayınmaq üçün qurum yaradacaq

Bakı. 25 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) əsas vəzifəsi ABŞ sanksiyalarından yayınmaqla İranla maliyyə əməliyyatları həyata keçirilməsini təmin etmək olacaq xüsusi maliyyə qurumu yaratmaq niyyətindədir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini məlumat verib.

Bu bəyanat Nyu-Yorkda, F.Mogerininin Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran nümayəndələri ilə görüşündən sonra səslənib. Bu ölkələr rəsmi Tehranın ABŞ-ın birtərəfli qaydada çıxdığını elan etdiyi "nüvə sazişi"nin şərtlərini yerinə yetirdiyi qənaətindədir.

F.Mogerininin sözlərinə görə, yeni qurum Avropa şirkətlərinə Vaşinqtonun sanksiyalarına məruz qalmadan İranla iqtisadi əlaqələr qurmağa imkan verəcək.

44 filmi