Voleybol üzrə Azərbaycan millisi Sloveniya ilə yoxlama oyunları keçirəcək
Komanda
- 18 iyul, 2022
- 07:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın voleybolçulardan ibarət Azərbaycan milli təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.
"Report"un məlumatına görə, Eldar Yusubovun baş məşqçi olduğu yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.
Komanda V İslam Həmrəyliyi Oyunlarına və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcək. Maribordakı toplanış iyulun 31-də yekunlaşacaq.
Hazırlıq zamanı millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya yığmaları ilə üz-üzə gələcək.
Son xəbərlər
09:36
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
Hadisə
09:34
Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib
Region
09:33
NİİM: Bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyadalar üçün təhlükəli vəziyyət yaradırlar
Hadisə
09:24
Demokratlar ABŞ Senatında çoxluq əldə ediblər və Palata üzərində nəzarətə yaxınlaşırlar - Yenilənib-3
Digər ölkələr
09:22
"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün "Benfika" ilə qarşılaşacaq
Komanda
09:19
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili siyasət
09:13
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol
09:10
Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Daxili siyasət
09:07
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq
Komanda