Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

Hadisə
  • 04 noyabr, 2026
  • 09:36
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

44 filmi