FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununa bu gün çıxacaq

Komanda
  • 21 oktyabr, 2026
  • 09:02
FIBA Avropa Kuboku: Neftçi növbəti oyununa bu gün çıxacaq

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi H qrupundakı üçüncü matçında İsveçrədə "Fribur Olimpik"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Xatırladaq ki, "Neftçi" daha əvvəl müntəzəm mövsümdə Yunanıstan təmsilçisi "Mikonos"a (58:78) və Latviyanın VEF kollektivinə uduzub - 94:110.