CEV Çelenc Kuboku: "DH Volley" 1/16 final mərhələsində Polşa klubunu qəbul edəcək

Komanda
  • 26 noyabr, 2026
  • 09:43
CEV Çelenc Kuboku: DH Volley 1/16 final mərhələsində Polşa klubunu qəbul edəcək

Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununa bu gün çıxacaq.

"Report"un məlumatına görə, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşa təmsilçisi LKS-ni qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək.

Xatırladaq ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib - 3:1, 3:0.