UCLG rəsmisi:: Əlillərin hüquqları ilə bağlı beynəlxalq çərçivələrin bələdiyyələrdə tətbiqi zəruridir

İnfrastruktur
  • 20 may, 2026
  • 16:21
UCLG rəsmisi:: Əlillərin hüquqları ilə bağlı beynəlxalq çərçivələrin bələdiyyələrdə tətbiqi zəruridir

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı beynəlxalq çərçivələrin yerli idarəetmə səviyyəsində tətbiqi prioritetlərdən biridir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) əlçatanlıq siyasəti üzrə eksperti Federiko Batista Poitier Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası( WUF13) çərçivəsində təşkil olunmuş "Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Dəyirmi Masa"dakı çıxışında deyib.

Onun sözlərinə görə, UCLG dünyada 250 mindən çox bələdiyyəni təmsil edir və əsas məqsəd qlobal gündəliyi yerli səviyyədə real nəticələrə çevirməkdir.

"BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası əsas hüquqi çərçivə olsa da, əsas məsələ bələdiyyələrin bu prinsipləri gündəlik fəaliyyətlərində necə tətbiq etmələridir. Şəhərlərin göstərdiyi xidmətlər və proqramlar hər bir insanın istifadə hüququna malik olduğu sistemlərdir. Buna görə də Konvensiyanın prinsipləri yerli idarəetmədə konkret mexanizmlərə çevrilməlidir".