Qusarda avtomobil yolunun 8 kilometrlik hissəsində asfalt-beton örtüyü çəkilib

İnfrastruktur
  • 16 noyabr, 2026
  • 16:36
Qusarda avtomobil yolunun 8 kilometrlik hissəsində asfalt-beton örtüyü çəkilib

Qusar rayonunda 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri davam etdirilir.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, IV texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 26,7 kilometr təşkil edir.

"Artıq yolun 8 kilometrlik hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb və həmin hissə istifadəyə verilib. Bundan əlavə, 18,7 kilometrlik hissədə yol yatağının tikintisi başa çatdırılıb. Layihə çərçivəsində yol boyunca süni qurğuların tikintisi də həyata keçirilir. İşlərin nəzərdə tutulan müddətdə yekunlaşdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.

Qusarda avtomobil yolunun 8 kilometrlik hissəsində asfalt-beton örtüyü çəkilib