ƏMDX: Xəzərin sahilində antropogen təsirlər və qanunsuz fəaliyyətlər mövcuddur

İnfrastruktur
  • 19 noyabr, 2026
  • 11:17
ƏMDX: Xəzərin sahilində antropogen təsirlər və qanunsuz fəaliyyətlər mövcuddur

Xəzər dənizinin sahilboyu ərazilərində antropogen təsirlər və qanunsuz fəaliyyətlər mövcuddur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.

Onun sözlərinə görə, Xəzər dənizində iqlim dəyişiklikləri səbəbindən müəyyən problemlər yaranır, dəniz geri çəkilir və bu, yeni vəzifələr yaradır: "Sahilboyu ərazilərdə eyni zamanda antropogen təsirlər, qanunsuz fəaliyyətlər də mövcuddur. Təbii ki, dövlət orqanları bu işin qarşısını almağa çalışırlar, amma bəzən proseslər elə qarşısıalınmaz rol daşıyır ki, mövcud qanunlar çərçivəsində bu mübarizəni aparmaq olduqca çətinləşir və indiki mərhələdə biz yeni bir istər institusional, istər hüquqi baxımdan yeni mərhələyə keçirik".

Şöbə müdiri əlavə edib ki, bu ərazilər həm su obyekti kimi, istər quru ərazilər kimi iqtisadi resursdur: "Bundan dövlət əhəmiyyətli nəticələrə nail olmalıyıq. Ərazilərdə ayrı-ayrı əlaqəsiz fəaliyyətlərə müəyyən mənada məhdudiyyətlər qoyulmalıdır, eyni zamanda dövlətin iqtisadi resurslardan əldə edəcəyi gəlirlər, sahibkarlıq, eyni zamanda vətəndaşların hüquqlarının təmin olunması istirahət və rekreasiya baxımından çox önəmlidir".

44 filmi