Cavid Qurbanov: “Elektrik enerjisinin qiymətində dəyişiklik olmasa, BTQ ilə daşınma tarifləri əhalinin büdcəsinə uyğun olacaq"

İnfrastruktur
  • 08 may, 2018
  • 09:01
Cavid Qurbanov: “Elektrik enerjisinin qiymətində dəyişiklik olmasa, BTQ ilə daşınma tarifləri əhalinin büdcəsinə uyğun olacaq

Bakı. 8 may. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə olunacaq sərnişin vaqonları Azərbaycana gələn il çatdırılacaq.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, vaqonlar əvvəlcədən deyildiyi kimi, İsveçrənin “Stadler” şirkətindən alınacaq.

C.Qurbanov BTQ ilə mümkün daşınma tarifləri barədə də danışıb: “Əgər o vaxta qədər elektrik enerjisinin qiymətində dəyişiklik və digər əlavə xərclər olmasa, tariflər əhalinin büdcəsinə uyğun olacaq".