Azərbaycanda 10 ayda istilik xidməti üzrə ödəniş səviyyəsi 91 % olub

İnfrastruktur
  • 15 noyabr, 2022
  • 07:38
Azərbaycanda 10 ayda istilik xidməti üzrə ödəniş səviyyəsi 91 % olub

Bu ilin yanvar-oktyabr aylarında “Azəristiliktəchizat” ASC göstərdiyi xidmətin dəyərinin 91,3 %-ni istehlakçılardan ala bilib.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, əhaliyə üzrə sözügedən nisbət 90,8 % təşkil edib.

Hazırda “Azəristiliktəchizat” əhalinin yaşadığı 3 871 binaya - 184 minə yaxın mənzilə, 287 məktəbə, 162 uşaq bağçasına, 152 səhiyyə obyektinə, 163 büdcədən maliyyələşən digər təşkilatlara, 2 081 təsərrüfat hesablı və kommersiya obyekinə xidmət edir.

44 filmi