Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Fərdi
  • 24 oktyabr, 2026
  • 09:44
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.

"Report"un məlumatına görə, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olublar.

Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.