Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
İnfrastruktur
- 27 may, 2025
- 15:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Bu barədə "Report"a ADY-dən bildirilib.
Məlumata əsasən, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi, Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusilə vurğulayıb.
Азербайджан и Грузия обсудили сотрудничество в сфере транспорта
Azerbaijan and Georgia mull cooperation in transport
Son xəbərlər
11:41
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
Maliyyə
11:41
Bellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
Futbol
11:40
Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb
Media
11:40
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək
Biznes
11:39
Məcnun Məmmədov: "Aqrar sahədə 90 %-lik vergi güzəşti tətbiq olunacaq"
ASK
11:39
Nazir: "Büdcədə 6-cı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb"
Maliyyə
11:36
Nazir: "Gələn il sosial yönümlü xərclər 18,7 milyard manata çatdırılacaq"
Maliyyə
11:32
Anar Əliyev: "8 ayda pensiyaların əvəzetmə əmsalı 50,8 % təşkil edib"
Maliyyə
11:27
Mirzoyan: Ermənistan 2027-ci ildə Azərbaycan və Türkiyə ilə normallaşma prosesini davam etdirəcək
Region