ADB-nin baş müşaviri: "Əlçatan mənzil yalnız yaşayış sahəsi ilə məhdudlaşmamalıdır"

İnfrastruktur
  • 21 may, 2026
  • 14:30
ADB-nin baş müşaviri: Əlçatan mənzil yalnız yaşayış sahəsi ilə məhdudlaşmamalıdır

Drenaj və bərk tullantıların idarə olunması sistemləri şəhərlərin dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı sektoru üzrə baş direktorunun baş müşaviri Norio Saito Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib

Onun sözlərinə görə, bərk tullantılar çox vaxt drenaj sistemlərinin tutulmasına səbəb olur və bu da şəhərlərdə daşqın riskini artırır: "Əlçatan mənzil anlayışı yalnız yaşayış sahəsi ilə məhdudlaşmamalıdır. Su, kanalizasiya, enerji, yollar və drenaj sistemləri olmadan əlçatan mənzil əslində əlçatan hesab edilə bilməz. Yerli hökumətlər və su təsərrüfatı qurumları maliyyə dayanıqlılığı ilə sosial əlçatanlıq arasında balans yaratmalıdır. Bir çox Asiya və Sakit okean ölkələrində su tarifləri həddindən artıq subsidiyalaşdırılıb və real xərcləri əks etdirmir. Nəticədə isə imkanlı təbəqə daha çox sudan istifadə etdiyi üçün subsidiyalardan daha çox faydalanır".