Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

Maliyyə
  • 23 oktyabr, 2026
  • 14:09
Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq

2027-ci ildə də Azərbaycanda dövlət büdcəsi xərclərinin 9,05 milyon manatı və yaxud cüzi hissəsi bələdiyyələrə ayırmaların payına düşəcək.

"Report" bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

O cümlədən, yerli özünü idarəetmə orqanlarına dotasiya kimi 7,5 milyon manat, subvensiya kimi isə 1,55 milyon manat yönəldiləcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

44 filmi