Azərbaycan ordusunun Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Hərbi
  • 15 yanvar, 2019
  • 06:21
Azərbaycan ordusunun Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir yanvarın 15-16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

44 - Tezliklə