"Xetafe" Serxio Ramosu transfer etməkdə maraqlıdır

Futbol
  • 19 oktyabr, 2026
  • 09:48
Xetafe Serxio Ramosu transfer etməkdə maraqlıdır

İspaniyanın "Xetafe" klubu təcrübəli müdafiəçi Serxio Ramosu transfer etməyi planlaşdırır.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin prezidenti Anhel Torres bildirib.

Klub rəhbəri ispaniyalı futbolçunun agenti ilə danışıqlar apardıqlarını və onun transfer siyahısında yer aldığını bildirib. O, baş məşqçi Xose Bordalasın heyətdə 6 mərkəz müdafiəçisinin olmasını nəzərə alaraq, hücumun cinahlarını gücləndirməyə üstünlük verdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, 40 yaşlı S.Ramosun son klubu 2026-cı ilin yanvarında ayrıldığı Meksikanın "Monterrey" komandası olub.

44 - Tezliklə