Meloni ölkədə baş verən küçə toqquşmaları ilə əlaqədar müşavirə çağırır

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 11:30
Meloni ölkədə baş verən küçə toqquşmaları ilə əlaqədar müşavirə çağırır

İtaliyanın Baş naziri Corcia Meloni oktyabrın 17-18-də Milanda və ölkənin digər şəhərlərində baş verən küçə toqquşmaları ilə əlaqədar təhlükəsizlik müşavirəsi çağırır.

"Report" xəbər verir ki, bu barədə Quotidiano Nazionale xəbər verir.

"Mən vəziyyəti qiymətləndirmək və qanuni nümayişlərdən zorakılıq və xaos törətmək üçün istifadə edənlərə qarşı əlavə tədbirləri nəzərdən keçirmək üçün Palazzo Kicidə ictimai asayiş məsələləri üzrə müşavirə çağırdım", - o qeyd edib.

"Rai news" telekanalının məlumatına görə, həftə sonu ərzində Milanda ümumilikdə 200-dən çox adam saxlanılıb, əsasən yetkinlik yaşına çatmayanlar.

Nümayişlər zamanı talançılıq faktları qeydə alınıb, belə ki, etirazçılar vitrinləri sındırıb, mağaza və supermarketləri qarət ediblər. Ən böyük ziyan Milanda qeydə alınıb, yeniyetmələr bir sıra mağaza və supermarketlərin vitrinlərinə stul, stollar atıblar.

Bəzi məlumatlara görə, zərər yarım milyon avrodan çox olub.