Sumqayıtda 2 nəfər manqal qalayarkən yanıb
Hadisə
- 06 avqust, 2018
- 15:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayt. 6 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 22 yaşlı gənc kabab bişirərkən yanıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki Gecəqondu məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Araz Arzu oğlu İsmayılov yaxınları ilə birgə manqal qalamaq istəyib. O, kömürün üzərinə kerosin əvəzinə səhvən benzin töküb. Nəticədə gənc və yaxınlıqda olan digər bir nəfər yanıq xəsarətləri alıb. Yaralılar Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına aparılıblar. A.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralı isə müalicədən imtina edərək xəstəxanadan qaçıb.
Hazırda baş vermiş hadisənin dəqiq səbəbləri araşdırılır.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi