Salyanda 3 nəfərin su kollektorunda boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
Hadisə
- 14 iyul, 2025
- 09:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyanda 3 nəfərin ölməsi ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
"Report" xəbər verir ki, Qəfərov Sərraf Abasağa oğlu idarə etdiyi “QAZ-31105” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsi yolun sol kənarında yerləşən şorsu kollektoruna aşıb.
Nəticədə sürücü S.Qəfərov, həmçinin avtomobildə olan sərnişinlər –Dəmirov Camal Mürşüd oğlu və Həsənov Ramiq Vahid oğlu hadisə yerində suda boğularaq ölüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Son xəbərlər
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr