Həyətyanı sahəsində 100 kq narkotik yetişdirən Qusar sakini saxlanılıb
Hadisə
- 17 sentyabr, 2025
- 13:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
11:20
Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb
Hadisə
11:20
Əyyub Kərimli: "Rəqəmsallaşma özəl sektorun və vətəndaşların iqtisadi fəaliyyətini sürətləndirir"
Maliyyə
11:17
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
Hadisə
11:15
Mərkəzi Bank ani ödənişlər sistemində əməliyyatların icra müddətini azaldacaq
Maliyyə
11:13
Maliyyə Nazirliyi: Rəqəmsallaşma prosesi 1-2 il ərzində tamamlanacaq
Maliyyə
11:12
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib
Hadisə
11:11
"Routes World 2026"da Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır
İnfrastruktur
11:06
Foto
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
Fərdi
11:03
Yunus Abdulov: "Bankların daxilində İslam maliyyəsi ilə mexanizm qurulmalıdır"
Maliyyə