Qusarda 89 yaşlı qadın üzərindəki tapança və 15 ədəd patronu polisə təhvil verib

Hadisə
  • 07 fevral, 2017
  • 07:54
Qusarda 89 yaşlı qadın üzərindəki tapança və 15 ədəd patronu polisə təhvil verib

Bakı. 7 fevral. REPORT.AZ/ Qusar rayonunda 89 yaşlı qadın üzərində olan "Makarov" markalı tapança və 15 ədəd patronu polisə təhvil verib.

"Report" xəbər verir ki, şəhər sakini 1928-ci il təvəllüdlü Gülxanım Məmmədova "Makarov" markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Qusar Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı Qusar RPŞ-də araşdırmalara başlanılıb.