Prokuror QMİ-nin sabiq sektor müdirinə 12 il həbs cəzası istəyib
Hadisə
- 06 dekabr, 2016
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi dekabrın 13-nə təyin edilib.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Son xəbərlər
00:19
Fransada məhbusların sayı rekord həddə — 90,9 min nəfərə çatıb
Digər ölkələr
00:00
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Digər ölkələr
23:34
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Region
23:30
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
Region
23:22
Əraqçi: Hörmüz boğazı açılandan sonra nüvə danışıqları mümkündür
Region
23:06
Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib
Xarici siyasət
22:57
Britaniya miqrantlar üçün daimi yaşayış icazəsi almaq müddətini artıracaq
Digər ölkələr
22:46
Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb
Region
22:30
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib
Digər ölkələr