Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub - FOTO
Hadisə
- 31 oktyabr, 2016
- 09:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda keçiddən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub.
"Report"un xəbərinə görə, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində baş verib.
10 GA 256 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, piyada qəfildən yola çıxıb. "Azsamand" markalı avtomobilin sürücüsü piyadanı vurmamaq üçün maşını səkiyə çırpıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:06
Foto
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
Fərdi
11:03
Yunus Abdulov: "Bankların daxilində İslam maliyyəsi ilə mexanizm qurulmalıdır"
Maliyyə
11:02
Nazir: "Hədəfimiz 4 QVt ötürmə gücünə malik layihəni yekun investisiya qərarına çatdırmaqdır" - Yenilənib
Energetika
11:01
Azərbaycanda mikrosahibkarlar bəyannamələri əvvəlcədən dolduracaq
Maliyyə
10:59
İRİA: Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik plan dörd istiqaməti əhatə edir
İKT
10:58
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
Daxili siyasət
10:56
"Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Futbolçuların "Borussiya"ya qarşı oyunundan razı qaldım"
Futbol
10:53
"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
Energetika
10:52
Nazirlik rəsmisi: "Bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır"
Maliyyə