Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin cinayət işi eskpertiziyaya göndərilib

Hadisə
  • 12 iyul, 2018
  • 10:59
Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin cinayət işi eskpertiziyaya göndərilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R.Sultanov barəsində psixatrik və psixloloji eskpertiza təyin olunması ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib. Cinayət işi eskpertiziyaya göndərilib.

Məhkəmə qeyri-müəyyən günədək qədər təxirə salınıb.

İttiham aktına əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

44 filmi