Maştağada motosikletin aşması nəticəsində 3 nəfər xəsarət alıb

Hadisə
  • 09 iyun, 2017
  • 04:40
Maştağada motosikletin aşması nəticəsində 3 nəfər xəsarət alıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində 1977-ci il təvəllüdlü Babayev Zaur Ramiz oğlunun idarə etdiyi üçtəkərli motosiklet aşıb.

Nəticədə sürücü Zaur Babayev və nəqliyyat vasitəsində olan sərnişinlər – 1979-cu il təvəllüdlü Qədirov Adil Zakir oğlu və 13 yaşlı Babayev Ramiz Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.