İmişlidə 63 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 25 mart, 2019
  • 12:40
İmişlidə 63 yaşlı kişi bıçaqlanıb

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Gövhərli kənd sakini, 1956-cı il təvəllüdlü Zamanov Mustafa Əlihümbət oğlu bıçaqlanıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. 

Faktla bağlı cinayət işi başlanılıb.