"Mançester Yunayted" antirekordunu təkrarlayıb

Futbol
  • 08 noyabr, 2026
  • 10:12
Mançester Yunayted antirekordunu təkrarlayıb

"Mançester Yunayted" 40 ildən sonra antirekordunu təkrarlayıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasında elitanı tərk etmə zonasına düşməsi ilə bağlıdır.

Hazırda yeddi xalı olan komanda 18-ci yerdə qərarlaşıb. Mançester təmsilçisi birbaşa liqanı tərk etmə zonasındadır.

Klub sonuncu dəfə 1986-cı ilin noyabrında turnir cədvəlinin son üç pilləsində yer alıb. Həmin vaxt "Mançester Yunayted" 21-ci sırada olub.

Xatırladaq ki, "qırmızı şeytanlar" bu gün Bakı vaxtı ilə saat 20:30-da "Aston Villa" ilə üz-üzə gələcək.